ABŞ 2020-ci ilə qədər KXDR-in nüvəsizləşdiriləcəyinə ümidvardır

2018/04/4234234_1524030077.jpg
Oxunub: 1445     13:38     18 Aprel 2018    
Birləşmiş Ştatlar, Yaponiya və Cənubi Koreya 2020-ci ilədək KXDR-in tam nüvəsizləşdiriləcəyinə ümidvardır.

Ordu.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətindəki mənbələr məlumat yayıb.

Məlumata görə, hazırda ölkələr tərəfindən Şimali Koreyanın nüvəsizləşdirilməsi planı müzakirə edilir.

Yaponiya hökumətindən olan mənbələrin sözlərinə görə, KXDR-in nüvəsizləşdirilməsinin müddətləri barədə məsələ Yaponiya baş naziri Sindzo Abe və ABŞ prezidenti Donald Tramp arasındakı görüşdə açıq şəkildə qaldırıla bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin