Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kanada baş naziri Castin Tyurdo bəyan edib.
Onun sözlərinə görə, Kanadaya zərbələrin endirilməsi barədə öncədən xəbərdarlıq edilsə də, zərbələrin endirilməsində iştirak etmək təklifi irəli sürülmədi.
"Buna baxmayaraq, Birləşmiş Ştatlar, Fransa və Böyük Britaniyanın kimyəvi silah istifadəsinə cavab olaraq, Suriyaya raket zərbələri endirməsini dəstəkləyirik", - deyə Tyurdo bildirib.
Ağalar Qəribov
Ordu.az