Ordu.az “Jerusalem Post”a istinadən xəbər verir ki, görüntülərdə Deyr əz-Zorda yerləşən hərbi bazanın fotoları da var.
Bu bazaya “İlyuşin” təyyarələri ilə İrandan silah daşındığına dair dəlillər olduğu iddia edilir. Bunlara yer-yer raketləri və PUA-lar daxildir.
İMQ-nin yüksək rütbəli nümayəndələrindən biri Suriya daxilində İranın atacağı istənilən addıma sərt cavab veriləcəyini bildirib.
İMQ-nin fotolarında İran İnqilab Keşikçilərinin Tehrandan Suriyaya silah göndərməyə qadir olduğu nümayiş etdirilir. Belə ki, Qvardiyanın Hərbi Hava Qüvvələrinin Suriyanın 5 aeroportunda yerləşdiyi göstərilir. Bunlar T4, Hələb, Deyr əz-Zor, Dəməşq beynəlxalq aeroportları və Dəməşqin cənub-şərqindəki hava sahəsidir.
Ağalar Ağalarlı
Ordu.az