NYT: İsrail Suriyadakı İran qüvvələrini hədəf alır

2018/04/received_2520264474866372_1523978937.jpeg
Oxunub: 1265     19:42     17 Aprel 2018    
İsrail Suriyadakı İran mövqelərini hədəf alma səyləri çərçivəsində bir neçə gün öncə bu ölkənin T-4 aviabazasına hücum həyata keçirdi.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “New York Times” nəşrinin köşə yazarı Tomas Friedman yazıb.

O qeyd edib ki, İsrail qırıcıları ötən həftənin bazar ertəsi T-4-dəki İran dronlarına raket zərbəsi endirdi və nəticədə İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) 7 üzvünü öldürdü. Bunların arasında dron bölüyünə rəhbərlik edən polkovnik Mehdi Dehğan da vardı.

İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi, general Ronen Manelis də Fridmanın məlumatını təsdiqləyib. Bu əməliyyat İİKK-nin Xümsdəki T-4 aviabazasında fəaliyyət göstərən dron bölüyü tərəfindən istifadə edilən İran dronunun İsrailin “Apache” helikopterindən atılan raketlə vurulmasından sonraya təsadüf edir.

Manelis Fridmana bildirib ki, dron daha öncə İsrailin hava sərhədlərini pozmuşdu. Onun kəşfiyyat missiyasını yerinə yetirdiyi ehtimal edilir.

“Dronun uçuş trayektoriyası və İsrailin İran PUA-ları ilə bağlı kəşfiyyat və əməliyyat analizləri bizə onun partlayıcı maddə daşıdığını deyirdi. Bu, İsrail ərazisində sabotaj aktı törətmə missiyası idi. İlk dəfə idi ki, İranın İsrailə qarşı belə bir akta cəhd etdiyinin şahidi olurduq. Bu proksi yox, birbaşa İranın öz aktı idi. Həmin hadisə yeni dövrü başlatdı”.
“Həmçinin ilk dəfə idi ki, biz canlı İran hədəflərinə hücum etdik. Bunlar İran təsisatları və əsgərləri idi”, - deyə Manelis vurğulayıb.

Xatırladaq ki, İsrailin hücumundan qısa müddət sonra İran itkiləri təsdiqlədi və Təl-Əvivi dağıtmaqla qısas alınacağını bildirdi. Lakin bəyanatda bunun üçün düzgün vaxtın və zamanın seçiləcəyi qeyd olunmuşdu. Eyni zamanda Rusiya hücuma görə İsraili günahlandıraraq, bu addımların təhlükəli olduğunu açıqlayıb. Vladimir Putin Netanyahuya zəng edərək Suriyanın suverenliyinin pozulmasına etirazını dilə gətirib.

Fridman isə İranın bu bəyanatda ciddi olduğunu düşündüyünü qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Suriya   İran   İsrail  

Xəbər lenti

NYT: İsrail Suriyadakı İran qüvvələrini hədəf alır

2018/04/received_2520264474866372_1523978937.jpeg
Oxunub: 1266     19:42     17 Aprel 2018    