Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundan olan mənbələr məlumat yayıb.
Məlumata görə, istehkamçı işləri çərçivəsində daha öncə “Ceyş əl-İslam” terror qruplaşması tərəfindən istifadə olunan həbsxananın daxili həyətində insan qalıqlarından ibarət kütləvi məzarlıq aşkarlanıb.
Öldürülənlərin çox böyük hissəsinin üzərində Suriya ordusunun forması var. Hazırda cəsədlərin ekshumasiyası getdiyindən hələlik həmin ərazidə neçə cəsədin olduğu müəyyənləşdirilməyib.
Ağalar Qəribov
Ordu.az