Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin mətbuat katibi Fyodor Strjijovski bəyan edib.
O qeyd edib ki, nəzərdə tutulan iclasında aprelin 17-si günün ikinci yarısında keçirilməsi planlaşdırılır.
“Rusiya nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasına 2401 saylı qətnamənin həyata keçirilməsi kontekstində Rəqqa və Rukbanda mövcud humanitar vəziyyətlə bağlı birifinq keçirməklə bağlı sorğu göndərib. Brifinqin günün ikinci yarısında keçirilməsi nəzərdə tutulub”, - deyə Strjijovski bildirib.
Ağalar Qəribov
Ordu.az