ABŞ-ın Suriyadakı qoşunlarla bağlı siyasəti dəyişməyib – Pentaqon

2018/04/484125154_1522995699.jpg
Oxunub: 1371     14:16     06 Aprel 2018    
Donald Trampın Suriyadan tezliklə qoşunları çəkəcəyini deməsindən bir neçə gün sonra Pentaqon ABŞ-ın Suriyadakı hərbi mövcudluğunun hələlik davam edəcəyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Dana Uayt bəyan edib.

“Bizim Suriyadakı mövcudluğumuzun məqsədi İŞİD-i məğlub etməkdir və bu dəyişməz olaraq qalır. ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı hələlik heç bir tarix müəyyən edilməyib”, - deyə o qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya   Pentaqon  


Bizi "telegram"da izləyin