Erməni döyüşçüdən Vigenə ağır sözlər: "O uşağı bir yerə göndərəndə, heç olmasa əlindən tutsunlar"

2018/03/234234_1520500813.jpg
Oxunub: 3351     17:34     08 Mart 2018    
"Ordu ilə heç bir əlaqəsi olmayan şəxsi müdafiə naziri təyin etdilər".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün "Sasna Tsrer" işi üzrə məhkəmədə təqsirli bilinən keçmiş döyüşçü, siyasi məhbus Pavel Manukyan bildirib.

Keçmiş döyüşçü Ermənistan müdafiə naziri Vigen Sarkisyanı kəskin tənqid edərək, onun uşaq olduğunu və ümumiyyətlə bu sahəyə təyinatının doğru olmadığını bildirib.

"Biz imtina etmirik, demişik. İndi də yanaşmamızı əsaslandırırıq, siz görürsünüz ki, bu cinayət yox, üsyandır. Mən sözlərimi indi də təkrar etməyə hazıram. Biz polad ürəkli uşaqlarıq, ancaq xalqımızın ayaqları altında ölərik. Bir il yarım keçib, dəyişikliklər edildi. Heç bir şeylə əlaqəsi olmayan şəxsi gətirib müdafiə naziri təyin etdilər. Deyirəm əşyaları öz adı ilə deməyim, ancaq mümkün olmur bəzən deməliyəm. Ordudan xəbərsiz olan, heç bir əlaqəsi olmayan şəxsi müdafiə naziri təyin etdilər. Müdafiə nazirliyində yəqin təcrübəli adamlar olar, o uşağı bir yerə göndərəndə heç olmasa barı əlindən tutsunlar, bükülməyə qoymasınlar", - deyə Manukyan qeyd edib.

Manukyan, Ermənistan müdafiə nazirliyinin "1000 dram", "şərəfdir", "mənəm" kimi layihələrini də tənqid edib.

"Bu birini həzm etdik. Baş nazir ezam gəlib, prezident ezam gəlib, bəs xalq? Heç düşünürsüz ki, bu xalq necə olacaq? Biz üsyandan başqa nə etməliydik... Sevimli millət bu hakimiyyəti, Serj Sarkisyanın simasında gərək quyruğundan tutaraq, Ermənistandan çölə qovsun", - deyə Manukyan kəskin çıxış edib.

Çıxışlarına görə erməni hakim ona xəbərdarlıq etsə də, müttəhimlərdən Varujan Avetisyan da erməniləri, bu qondarma məhkəməyə fikir verməməyə və siyasi mübarizəyə köklənməyə çağırıb.

"Xüsusilə 10 mart tarixində Erməni dövləti cəbhəsinin azadlıq meydanında keçiriləcək mitinqində iştirak etməyə və platformada olan xadimləri üsyan yolunu seçməyə məcbur etmək, xalqı bu yolla təşkilatlandırmağa çağırıram" - deyə Varujan Avetisyan bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Keçmiş-döyüşçü   Vigen-Sarkisyan  


Bizi "telegram"da izləyin