Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

2018/03/1512478603_1505055918_1498630553_21518418079-1520403622_1520404087.jpg
Oxunub: 1630     14:22     07 Mart 2018    
Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

Ordu.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç. Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Putin   An-26  


Bizi "telegram"da izləyin