ABŞ müdafiə büdcəsində Peşmərgəyə dəstəklə bağlı qərar yoxdur

2018/02/PahonMain356456_1519278268.jpg
Oxunub: 1329     13:42     22 Fevral 2018    
Birləşmiş Ştatlar administrasiyasının növbəti maliyyə ili üçün nəzərdə tutulan müdafiə büdcəsi layihəsində Peşmərgəyə yardımla bağlı xüsusi bir kateqoriyanın daxil edilib edilməməsi barədə konkret qərar yoxdur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Erik Fanton bildirib.

Qeyd edək ki, Donald Trampın bir neçə gün öncə açıqladığı büdcə layihəsində müdafiə xərcləri üçün 716 milyard dollar ayrılması planlaşdırılsa da, ABŞ-ın regiondakı müttəfiqlərindən olan Peşmərgə qüvvələri üçün hansısa yardımı nəzərdə tutan bənd qeyd olunmayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Peşmərgə   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin