Ordu.az Unian.ua saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib.
“Bildiyiniz kimi, Obama administrasiyası zamanı da Ukraynaya təhlükəsizlik sahəsində yardım göstərilirdi, lakin bu yardım çox məhdud idi. Tramp administrasiyası bu məhdudlaşdırmanı aradan qaldırdı və bununla da ABŞ-ın Ukraynaya göstərdiyi hərbi yardımın artırılması barədə qərar qəbul edildi”, - deyə Volker bildirib.
O qeyd edib ki, “Javelin”lər də bu köməyin bir hissəsidir, lakin yardım bu komplekslərlə məhdudlaşmayacaq.
Ağalar Qəribov
Ordu.az