Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert bəyan edib.
“ABŞ Dəməşq yaxılnığındakı Şərqi Quta ərazisində eskalyasiyanın artmasından ciddi şəkildə narahatdır. Bütün tərəfləri eskaylasiyanı dayandırmağa səsləyirik”, - deyə Nauert bildirib.
Bununla belə, Nauert Moskvanın Suriya ordusunu dəstəkləməyi dayandırması üçün ABŞ-ın nəyə hazır olduğuna dair suala cavab verməyib.
Ağalar Qəribov
Ordu.az