KXDR Cənubun “Hyunmu” raketinin çertyojunu oğurlayıb?

2018/02/775_1519191551.jpg
Oxunub: 4256     13:35     21 Fevral 2018    
Ola bilsin ki, Şimali Koreya Cənubi Koreya hökumət agentliyinin kompüter sisteminə müdaxilə edərək “Hyunmu-2” raketinin çertyojunu oğurlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Cənubi Koreya Milli Məclisinin Müdafiə Komitəsi bu barədə şübhələrin olduğunu bildirib.

Komitə ilk dəfə fevralın 8-də Pxenyandakı paradda görüntülənən yeni raketin “Hyunmu-2” raketinə çox bənzədiyini iddia edir. Komitənin qapalı qapılar arxasında keçirilən sessiyasında Koreya İstiqlal Partiyasının deputatı Çunq Cin Suk şübhələr barədə Müdafiə naziri Sonq Yunq Mooya müraciət yollayıb.

Sonq sözügedən raketin yeni texnologiya və bərk yanacaqlı mühərriklə işləyən yeni raket olduğunu, “Hyunmu”ya oxşasa da, fərqli rəhbərlik sistemi ilə işlədiyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Cənubi-Koreya   Hyunmu  


Bizi "telegram"da izləyin