Türkiyənin 2 əsgəri şəhid olub

2018/02/345345_1519031654.jpg
Oxunub: 3155     17:12     19 Fevral 2018    
Suriyanın Afrin bölgəsində aparılan əməliyyat zamanı yaralanan baş çavuş Göksu Şahin və Hakkaridəki qarşıdurmada yaralanan baş çavuş Mustafa Eker dünyasını dəyişib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Göksu Şahin şənbə günü Afrində, Mustafa Eker isə TSQ-nin Hakkaridə PKK ilə qarşıdurmasında ağır yaralandıqdan sonra hospitala aparılmışdı.

Bütün cəhdlərə baxmayaraq, hər iki əsgərin həyatını xilas etmək mümkün olmayıb. Əsgərlərin nəşi bu gün torpağa tapşırılıb.

Qeyd edək ki, TSQ Baş Qərargahı 21 gündür davam edən “Zeytun Budağı” əməliyyatlarında bu vaxta qədər 31 əsgərin həlak olduğu və 170 əsgərin yaralandığını açıqlayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   Afrin-əməliyyatı  


Bizi "telegram"da izləyin