Əfqanıstan TŞ: Çinin hərbi bazası haqqında məlumatlar yanlışdır

2018/02/q36456_1519025143.jpg
Oxunub: 2377     15:28     19 Fevral 2018    
Çinin Əfqanıstanın şimalında hərbi baza tikməsi, həmçinin Çinin Əfqanıstanda hərbi mövcudluğu barədə məlumat yanlışdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Təhlükəsizlik Şurası məlumat yayıb.

Məlumata görə, Əfqanıstanla xarici ölkələrin hərbi əməkdaşlığı, yaxud onların Əfqanıstanda hərbi mövcudluğu Əfqanıstan prezidenti, Təhlükəsizlik Şurası və parlamentin razılığı ilə həyata keçrilir.

“Çinlə Əfqanıstan arasında əməkdaşlığın ayrıca tarixi var, lakin Çinin Əfqanıstanda hərbi mövcudluğu və baza tikməsi barədə əfqan hökumətinə müraciət edilməyib”, - deyə məlumatda qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Əfqanıstan  


Bizi "telegram"da izləyin