Yaponiya MN: Oyunlardan sonra ABŞ və Seulun təlimləri yenilənəcək

2018/02/14903423029962345345_1515131089_1519020258.jpg
Oxunub: 2397     14:09     19 Fevral 2018    
“Pxyonçxanda keçirilən Olimpiada ilə əlaqədar olaraq Amerika və Cənubi Koreya arasında keçirilməsi planlaşdırılan irimiqyaslı hərbi təlimlər tam həcmdə keçiriləcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya müdafiə naziri İtsunori Onodera ABŞ Quru Qoşunları qərargahının rəisi, general Marks Milli ilə söhbətdən sonra jurnalistlərlə danışarkən bildirib.

“Biz təlimlərin keçirilməsi planına dəyişikliklərin olması barədə məlumatsızıq. Düşünürəm ki, təlimlər nəzərdə tutulduğu kimi keçiriləcək”, - deyə Onodera vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Koreya   Təlimlər  


Bizi "telegram"da izləyin