Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, DARPA bu yaxınlarda özünün avtonom gəmi prototipini ABŞ donanmasına təqdim edib.
DARPA buna kimi bu prototipin bir neçə uğurlu sınağını həyata keçirib. “Dəniz ovçusu” adlandırılan bu gəmi heç bir ekipaj olmadan aylarla dənizdə qala bilər. O, silahla təchiz edilməyib və 27 düyün sürət yığa bilir.
132 futluq “Dəniz ovçusu” 2012-ci ildən etibarən hazırlanmağa başlayıb. Onun hazırlanması 20 milyon dollara başa gəlib. DARPA gəminin bu ilin sonlarında əməliyyata hazır olacağını elan edib.
Ağalar Ağalarlı
Ordu.az