Pakistan-Səudiyyə birgə donanma təlimləri başa çatıb - FOTOLAR

2018/02/pak-saudi-navy-102445645_3037709898.gif
Oxunub: 3357     16:09     17 Fevral 2018    
İki həftəlik Pakistan və Səudiyyə Ərəbistanının birgə hərbi dəniz təlimləri “AFFA əl-Sahil IV” yekunlaşıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlər iki mərhələdə baş tutub.

Təlimlərin birinci mərhələsində quruda fəaliyyətlər, o cümlədən terrorçuları zərərsizləşdirmək, gecə vaxtı açıq dənizdə sığınacaqları üzə çıxarmaq qabiliyyətlərinin artırılması məşq edilib.

İkinci mərhələ isə terrorçular və dəniz quldurları ilə döyüş aparmağa fokuslanıb. Bu zaman xüsusi dəniz əməliyyatları həyata keçirilib.





Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Səudiyyə-Ərəbistanı   Təlimlər  


Bizi "telegram"da izləyin