Mettis YPG terrorçularının Afrinə doğru irəlilədiyini etiraf edib

2018/02/12_1518421231.jpg
Oxunub: 2519     15:38     12 Fevral 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettis YPG terrorçularından bəzilərinin Türkiyənin əməliyyatının davam etdiyi Afrinə doğru istiqamətləndiyini qəbul edib.

Ordu.az “Hurriyet Daily News”ə istinadən xəbər verir ki, o, bu barədə Avropaya uçuşu əsnasında danışıb.

“Afrində baş verənlər bəzi YPG üzvlərini özünə cəlb edir. YPG öz kürd dostlarının Afrində hücum altında olduğunu düşünür”, - deyə Mettis bildirib.

Eyni zamanda Mettis bir daha Türkiyənin Suriya sərhədi boyunca real təhlükəsizlik qayğılarının olduğunu və ABŞ-ın bunu inkar etmədiyini əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   YPG   Afrin  


Bizi "telegram"da izləyin