Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının İstanbul əyalət təşkilatının toplantısında bildirib.
"Təbii, bunlar olacaq. Biz müharibənin içindəyik. İtkimiz də olacaq. Amma bir helokopterimiz vuruldusa, bunun əvəzini onlar qat-qat ödəyəcək”, - deyə Ərdoğan bildirib.
Baş Qərargahın yaydığı məlumata görə, Afrində vurulan helikopterin hər iki pilotu şəhid olub.
Məlumata görə, helikopterin vurulmasına cavab olaraq, keçirilən əməliyyatlar nəticəsində Afrinin qərbindəki Deyr Ballut kəndi azad edilib.
Ağalar Ağalarlı
Ordu.az