“Human Rights Watch”: YPG kütləvi qırğınları dayandırmalıdır

2018/02/wo28-yazidi-execute5435_1518162788.jpg
Oxunub: 1702     15:48     09 Fevral 2018    
“Human Rights Watch” qeyri-hökumət təşkilatı YPG-nin onlarla mülki şəxsi İŞİD döyüşçüsü adı altında öldürdüyünü bildirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hesabat İraq rəsmilərini Dəclənin qərbində YPG tərəfindən kütləvi qırğınların dayandırılmasına çağırıb.

Hesabatda, Mosulun 70 kilometr şimal-qərbində yerləşən Sahil əl-Məlihə yaxınlarında minlərlə iraqlı və xaricinin YPG qüvvələrinə sığındığı, lakin YPG tərəfindən əvvəlcə həbs olunduqları, daha sonra kütləvi şəkildə öldürüldükləri bildirilir.

“Biz bu hallardan olduqca narahatıq və görünür ki, onlar cəzasız qalır”, - deyə təşkilatın İraq tədqiqatçısı Belkis Vil bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YPG   Terror   Human-Rights-Watch  


Bizi "telegram"da izləyin