Almaniya prezidenti: Koreya böhranı yalnız dialoqla tənzimlənə bilər

2018/02/101908841045645_1518160760.jpg
Oxunub: 3821     15:17     09 Fevral 2018    
“Dialoq Koreya yarımadasında davamlı sülh şəraiti yaratmağın və nəhayətdə iki Koreya dövlətinin birləşməsinin yeganə yoludur”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bu gün Seulda keçirilən beynəlxalq forumda Almaniya prezidenti Frank-Valter Ştaynmayer bəyan edib.

O, Koreya Respublikasına Almaniyanı Pxyonçxanda keçirilən Olimpiya oyunlarında təmsil etmək üçün gəlib.

“Beynəlxalq ictimaiyyətin KXDR-ə münasibətdə təsir və sanksiya siyasətini davam etdirməsi zəruridir, əks təqdirdə Pxenyan raket nüvə proqramından itmina etmədən danışıqlardan boyun qaçıracaq”, - deyə Almaniya prezidenti bildirib.

O qeyd edib ki, İranın nüvə proqramı ilə analoji vəziyyətin təcrübəsi göstərir ki, bu, ən effektiv üsuldur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   KXDR  


Bizi "telegram"da izləyin