Ordu.az “Al Mayadeen” telekanalına istinadən xəbər verir ki, gecəyarıdan sonra həyata keçirilən hücumlar zamanı xüsusən Əşrəfiyə rayonunda yerləşən terrorçulara daha çox zərbələr endirilib.
O cümlədən Ayn-Dəknə şəhərinin cənubunda yerləşən Mina yaşayış məntəqəsi, Miranaz, Məryameyn, Qəştaar və Meneq aerodromu da atəşə tutulub.
Türkiyə Silahlı Qüvvələrinin ilə yanaşı Azad Suriya Ordusunun artilleriyası da YPG terrorçularının gizləndiyi Baflun təpələrini atəşə tutub.
Döyüşlər nəticəsində məhv edilən terrorçuların sayı barədə məlumatlar hələ açıqlanmayıb.
Ağalar Qəribov
Ordu.az