XAO Cənubi Çin Dənizində Su-35 və J-20-lərlə mübarizə aparır

2018/02/received_2470090493217104_1518111465.jpeg
Oxunub: 2026     01:37     09 Fevral 2018    
Gələn ay Cənubi Çin Dənizində Vyetnam limanlarına “USS Carl Vinson” aviadaşıyıcısının rəhbərliyi altında əməliyyat qrupu göndərməyə hazırlaşan ABŞ donanmasına qarşı Çin tezliklə ərazidə patrul gəzintilərinə başlayacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 3,5 milyon kvadrat kilometr ərazini əhatə edəcək əməliyyatlar zamanı Su-35-lər və J-20-lərin də daxil olduğu qabaqcıl qırıcı eskadralarından istifadə ediləcək.

Çin Silahlara Nəzarət və Tərk-silah Assosiasiyasının baş müşaviri Xu Quanqyunun fikirlərinə görə, Çin J-20-ləri Rusiyadan ötən il qəbul edib. Artıq onların real döyüş missiyasına göndərilməsi yeni qırıcıların təlimlərinin və hazırlıqlarının təəccüblü şəkildə sürətli baş verdiyindən xəbər verir.

Qeyd edək ki, oxşar formada XAO-nun Cənubi Çin dənizinə ortaq döyüş missiyaları üçün təsdiq olunmayan sayda Su-35 çoxməqsədli qırıcılar göndərdiyi bildirilir.

İddialara görə, Çin 2015-ci ildə Rusiyadan 2 milyard dollar dəyərində 24 ədəd Su-35 alıb. Bunların çatdırılması isə ötən il başa çatıb.

Xu XAO-nun qabaqcıl qırıcılarının regionda görünməsinin ABŞ-ın provakasiyalarına qarşı cavab tədbirləri olduğunu bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Vyetnam  


Bizi "telegram"da izləyin