Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Əfqanıstandakı ABŞ-ın rəhbərlik etdiyi hava kampaniyasının komandiri general-mayor Ceyms Heker səsləndirib.
İraq və Suriyada İŞİD-ə qarşı əsas əməliyyatlardan azaldılması ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Əfqanıstanda 16 ildən çoxdur davam edən müharibəsini yenidən prioritet halına gətirdi. CENTCOM Cənubi Asiyanın bəzi hissələri və Yaxın Şərqdəki hərbi əməliyyatlardan məsul hərbi komandanlıqdır.
“İraq və Suriyadakı uğurlardan dolayı Əfqanıstan CENTCOM-un başlıca hədəfi olub. Bu, Əfqanıstan xalqına kömək edə bilmək üçün CENTCOM-a əlavə hərbi imkanlar qazandırdı”, - deyə Heker bildirib.
Hekerin sözlərinə görə, Pentaqonun diqqətini Əfqanıstana çevirməsi fevralın birində başladı. İki həftə əvvəl CENTCOM NATO-nun rəhbərlik etdiyi Qətiyyətli Dəstək koalisiyasına əlavə təyyarələr yerləşdirməyə başladı. Bunlara A-10 hücum təyyarələri eskadronu və zirehli nəzarət dronları da daxildir.
Ağalar Ağalarlı
Ordu.az