Rumıniya MN milli sualtı gəmilər üçün yeni planını açıqlayıb

2018/02/DelfinulSubmarine345345_1518089199.jpg
Oxunub: 3032     19:23     08 Fevral 2018    
Rumıniya öz donanmasını yeni sualtı gəmilərlə təchiz etmək üçün modernizasiya proqramı çərçivəsində plan hazırlayıb.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə ölkənin yeni Müdafiə naziri Mixay Fifor bildirib.

“Biz Ali Milli Müdafiə Şurasına və parlamentə yeni orta və uzun müddətli proqram təqdim etməyi düşünürük. Proqram donanmanı 3 yeni sualtı gəmi ilə təchiz etməyi nəzərdə tutur”, - deyə Fifor qeyd edib.

O, layihənin həddindən artıq iddialı olduğunu etiraf etsə də, bunun mümkün olduğunu və Rumıniyanın öz tərsanələrində həyata keçirə biləcəyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Sualtı-gəmilər  


Bizi "telegram"da izləyin