Pxenyandakı hərbi paradda “Xvason-15” nümayiş etdirilib - FOTO

2018/02/1_151526421523453_1518088868.jpg
Oxunub: 1849     19:17     08 Fevral 2018    
KXDR bu gün Pxenyanda keçirilən hərbi paradda “Xvason-15” qitələrarası ballistik raketini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Ötən ilin noyabr ayının sonlarında Pxenyan “Xvason-15” raketinin uğurla sınaqdan keçirilməsi barədə məlumat yayıb. Raketin Birləşmiş Ştatların istənilən nöqtəsinə nüvə mərmisi daşımağa qadir olduğu bildirilirdi.

Qeyd edək ki, KXDR rəhbərliyi bu gün hərbi paradı Pxenyanın Kim İr Sen adına meydanında keçirib.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xvason-15   Pxenyan  


Bizi "telegram"da izləyin