Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Donanmasının rəhbəri admiral Vladimir Korolev bildirib.
“Donanma Rusiya Silahlı Qüvvələrinin Suriya əməliyyatında birbaşa iştirak edib. Donanmanın inkişafı üçün ən vacib təcrübə, əlbəttə ki, gəmilər və sualtı qayıqlarımızdan uzaq mənzilli qanadlı raketlərin atılması oldu. Bütövlükdə 100 raketin 10-u belə raket olub və onlar qanunsuz silahlı qrupların 80-dən çox mərkəzinin məhvinə səbəb olub”, - deyə Korolev bildirib.
O, Suriya əməliyyatının Rusiya donanmasına aviadaşıyıcı və dəniz bazalı döyüş təyyarələrinin istifadəsinə imkan yaratdığını əlavə edib.
Gəmi bazalı aviasiya qanunsuz silahlı qruplara məxsus 1300 hədəfə qarşı 400-dən çox hücum həyata keçirib.
Ağalar Ağalarlı
Ordu.az