Ordu.az “Defence news” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi bildirib.
“Biz onları Rusiya kimi silah təchizatçılarından imtina etdirməyə və Amerika silahı almaları üçün inandırmağa çalışırıq. İkincisi isə, bu, bizim Vyetnamla əməkdaşlığımızı möhkəmləndirə bilər”, - deyə Dövlət Departamentinin nümayəndəsi açıqlayıb.
O qeyd edib ki, Vyetnam hökuməti müdafiə sahəsində ABŞ-la əlaqələrin genişləndirilməsində çox maraqlıdır.
Ağalar Qəribov
Ordu.az