Çexiya MN “Dana” haubitsalarını modernləşdirməkdən imtina edib

2018/02/10456456_1518080695.jpg
Oxunub: 4242     17:51     08 Fevral 2018    
Çexiya Müdafiə Nazirliyi 33 ədəd 152 millimetrlik “Dana” özüyeriyən haubitsalarının modernləşdirilməsi planından imtina edib.

Ordu.az "Defense News" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çexiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu qərar NATO ölkələrindən birindən 50 ədəd 150 millimetrlik özüyeriyən haubitsaların alınması ilə əlaqədardır.

Çexiya Müdafiə Nazirliyi yeni haubitsalara 10 milyard çexiya kronu (490 milyon dollar) xərcləmək niyyətindədir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   DANA  


Bizi "telegram"da izləyin