Ordu.az Kp.ru saytına istinadən xəbər verir ki, “Sonadək və yenidən?” adlanan hesabatda sonrakı dövlərdə silahlı qarşıdurma təhlükəsinin artdığı bildirilir.
Hesabat müəlliflərinin fikrincə, müharibə ehtimalının əsas səbəbləri silahlanmaya nəzarət barədə razılaşmalara riayət edilməməsi, əlavə silahların inkişaf etdirilməsi və hərbi təlimlərlə əlaqədar gərginliklərdən ibarətdir.
Həmçinin Rusiya və Qərb ölkələri arasında əlaqələrin pozulma səbəblərindən birinin də Ukrayna olduğu qeyd edilir.
“Belə ağır vəziyyət istənilən an Avropa və Rusiya arasında silahlı qarşıdurmaya çevrilə bilər”, - deyə hesabatda vurğulanır.
Ağalar Qəribov
Ordu.az