Ərdoğan və Putin Rusiya-İran-Türkiyə sammitini müzakirə ediblər

2018/02/1510711582345345_1518079827.jpg
Oxunub: 2078     16:48     08 Fevral 2018    
“Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin telefon danışığı keçirərək İran prezidenti Həsən Ruhaninin iştirakı ilə üçtərəfli formatda sammitin təşkilinin mümkünlüyünü müzakirə ediblər”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katib Dmitri Peskov bəyan edib.

“Liderlərin telefon danışığında söhbət üç prezidentin görüşündən gedirdi. Sammitin dəqiq tarixi hələ müəyyənləşdirilməyib”, - deyə Peskov bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-İran-Rusiya   Ərdoğan-Putin  


Bizi "telegram"da izləyin