Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ bəyan edib.
“Ümid edirik ki, hər iki tərəf seçilməsi asan olmayan istiqamətdə fəaliyyəti davam etdirəcək və Koreya yarımadasının qapılarını dünya üçün açacaqlar”, - deyə Van İ bildirib.
O qeyd edib ki, tərəflər qapını açmağa çalışarkən üçüncü ölkələr bu qapını bağlamağa çalışmamalıdır.
“Yarımadada sülhün bərqərar olması, həmçinin dialoq atmosferinin yaradıması üçün üçüncü ölkələr provokasiya xarakterli fəaliyyətlərinə son qoymalıdır”, - deyə Van İ vurğulayıb.
Ağalar Qəribov
Ordu.az