Ordu.az UNİAN agentliyinə istinadən xəbər verir ki, təlimlərdə Böyük Britaniyanın “HMS Dunkan D37” esminesi və “HMS Enterprize H88” hərbi hidroqrafik gəmisi iştirak edib.
Həmçinin Türkiyə və Rumıniyanın freqat və gəmiləri də təlimlərdə yer alıb.
Qeyd edilir ki, hərbi təlimlərin məqsədi helikopterlərlə manevrlər və onların gəmilərə endirilməsindən ibarət idi. O cümlədən Rumıniyanın qırıcıları da təlimlərdə iştirak edib.
Ağalar Qəribov
Ordu.az