Ordu.az Eg.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov bəyan edib.
O qeyd edib ki, Rusiya Müdafiə nazirliyi yeni təyyarələri artıq bu il sifariş verəcək, 2019-cu ildə isə artıq ilk Su-57-lər orduya təhvil veriləcək.
“Biz əvvəlcə 12 təyyarədən ibarət eskadriliya yaradacağıq, 2019-cu ildə bu parrtiyanın ən azı 2 təyyarəsi orduya təhvil veriləcək”, - deyə Borisov bildirib.
Əlavə edək ki, yeni təyyarələr Suriya ordusunda ağır Su-27 qırıcılarını əvəz edəcək.
Ağalar Qəribov
Ordu.az