Pentaqon: ABŞ nüvə silahı istifadəsinin hüdudlarını genişləndirmək istəyir

2018/02/435345345345_1517311844_1517548760435_1518073950.jpg
Oxunub: 3953     15:10     08 Fevral 2018    
“Birləşmiş Ştatlar nüvə çəkindirməsi siyasəti ilə əlaqədar olaraq nüvə silahının istifadə edilməsi sərhədlərini genişləndirmək istəyir”.

Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bəyan edib.

O, bu barədə jurnalistlər üçün brifinqdə çıxış edərkən ABŞ-ın iki yeni nüvə silahı yaratması niyyəti ilə bağlı suala cavab verərkən bildirib.

“Nüvə çəkindirməsi dinamikdir. Bu, ilbəil, hər onillikdə dəyişən tendensiyadır. Biz nüvə çəkindirməsi və onun hazırki formasına münasibətdə tədbirlər görməliyik. Məhz bu məqsədlə nüvə silahının istifadə hüdudlarını genişləndirməyi planlaşdırırıq”, - deyə Mettis qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Mettis   Nüvə-silahı  


Bizi "telegram"da izləyin