“KXDR ətrafında situasiya hərbi yolla deyil, diplomatiya ilə inkişaf edir” - Mettis

2018/02/regnum_picture_1518035647114487_big345345_1518071642.jpg
Oxunub: 3295     14:32     08 Fevral 2018    
“KXDR-in nüvə və raket proqramı ətrafında situasiya cari mərhələdə hərbi müstəvidə deyil, diplomatik yolla davamlı inkişaf edir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Şimali Koreya ilə vəziyyətə gəlincə isə, bu məsələ qəti şəkildə diplomatik müstəvidədir. Biz daha davamlı diplomatik tədbirlər görmək niyyətindəyik”, - deyə Mettis bildirib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Reks Tillersonun hərbi fəaliyyət variantlarının vurğulanması ölkə prezidenti Donald Trampın siyasi manevrlərinin bir hissəsidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Mettis  


Bizi "telegram"da izləyin