Ordu.az CNN telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.
“Amerikada hər kəs prezident Donald Trampın Silahlı Qüvvələri olan hörməti və simpatiyasından xəbərdar olacaq. Biz hərbi paradın keçirilməsinin bir neçə variantını toplayıb qərar vermək üçün Ağ Evə göndərəcəyik”, - deyə Mettis bildirib.
Qeyd edək ki, Ağ Ev hərbi paradı Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi ilə əlaqədar olaraq noyabrın 11-də keçirməyi planlaşdırır.
Ağalar Qəribov
Ordu.az