"Nüvə silahlanması yarışında günahlar Rusiyadır" - Yaponiya XİN

2018/02/621_1518068310.png
Oxunub: 3588     13:36     08 Fevral 2018    
“Yaponiya hesab edir ki, məhz Rusiya tərəfindən yeni nüvə silahlarının yaradılması ABŞ-ı onunla yarışa başlamağa vadar etdi”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya xarici işlər naziri Taro Kono bəyan edib.

“Dünyada qeyri-stabilliyə səbəb olan nüvə silahlarını ABŞ yox, öz hərbi doktrinasına əsasən güclü mərmilərə malik taktiki döyüş başlıqları istehsal edən Rusiya yaradır”, - deyə Kono bildirib.

Onun sözlərinə görə, məhz Rusiyanın nüvə silahları sahəsindəki fəaliyyəti ABŞ-ı da eyni addıma vadar etdi.

“Bununla belə, ABŞ-da hazırlanan nüvə silahının KXDR-ə qarşı istifadə olunacağını düşünmürəm”, - deyə Kono vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Rusiya   ABŞ   Nüvə-yarışı  


Bizi "telegram"da izləyin