Pens: “ABŞ istənilən hücumu dəf etməyə qadir nüvə gücü yaradacaq”

2018/02/618_1518067129.jpg
Oxunub: 2880     13:17     08 Fevral 2018    
“Birləşmiş Ştatlar nüvə potensialının modernləşdirilməsi çərçivəsində tərkibinə özünə və müttəfiqlərinə qarşı yönələn istənilən hücumun qarşısını almağa qadir nüvə gücü əldə edəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Maykl Pens bəyan edib.

“Əmin ola bilərsiniz ki, nüvə potensialının modernləşdirilməsi çərçivəsində bizim millətimizə, xalqımıza, bütün dünya üzrə müttəfiqlərimizə qarşı yönələn istənilən strateji hücumu dəf etməyə qadir nüvə gücünə sahib olacağıq”, - deyə Pens bildirib.

O qeyd edib ki, bəhs olunan nüvə gücü ABŞ-ın siyasi idarəsini daha möhkəm və daha davamlı edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Nüvə-gücü  


Bizi "telegram"da izləyin