Hindistan HDQ yeni sualtı gəmini silahlanmasına qəbul edib

2018/01/364_1517377621.jpeg
Oxunub: 2463     13:45     31 Yanvar 2018    
Hindistan Hərbi Dəniz Qüvvələri “Scorpene” sinifindən olan “Karanj” sualtı gəmisini silahlanmasına qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Project 75” layihəsi nəzdində hazırlanan “Karanj” 6 ədəd “Scorpene” sinifli sualtı gəmilərdən üçüncüsüdür.

Bundan öncə ötən il dekabrın 14-də “INS Kalvari” donanmaya təhvil verilib, “Khandari” isə artıq dəniz təlimlərindədir.

Qeyd edək ki, yeni sualtı gəminin uzunluğu 67,5 metr, hündürlüyü isə 12,3 metrdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Karanj  


Bizi "telegram"da izləyin