Qara dənizə NATO esminesi daxil olub

2018/01/363_1517377313.jpg
Oxunub: 1888     13:39     31 Yanvar 2018    
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin “Duncan” esminesi Qara dəniz akvatoriyasına daxil olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO Birləşmiş Hərbi Dəniz komandanlığı məlumat yayıb.

“Duncan” esminesini Türkiyənin “Gaziantep” freqatı müşayiət edir.

Xatırladaq ki, yanvar ayının əvvəllərində ABŞ-ın “USS Carney” raket esminesi də Ukrayna dəniz aviasiyası ilə birgə təlimlər keçirmək üçün Qara dənizə daxil olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Qara-dəniz-akvatoriyası   Duncan  


Bizi "telegram"da izləyin