Əfqanıstanda 27 qiyamçı məhv edilib

2018/01/received_2463708030522017_1517329076.jpeg
Oxunub: 3845     00:04     31 Yanvar 2018    
Əfqanıstan Təhlükəsizlik Qüvvələrinin əməliyyatı nəticəsində 27 qiyamçı məhv edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qəzni vilayəti rəhbərliyinin mətbuat katibi Məhəmməd Arif Nuri bildirib.

Məlumata görə, vilayətdə aparılan əməliyyatlar nəticəsində 27 qiyamçı məhv edilib, 17 silahlı yaralanıb, 3 nəqliyyat vasitəsi, 7 motosiklet və 1 pulemyot sıradan çıxarılıb.

Eyni zamanda üç əsgər həlak olub, beş əsgər isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin