“Britaniya İranla nüvə sazişinə əvvəlki kimi sadiqdir” - Conson

2018/01/45634957834985_1517319770.jpg
Oxunub: 1735     21:41     30 Yanvar 2018    
“Britaniya İranla nüvə sazişinə əvvəlki kimi sadiqdir və bu, ölkənin nüvə aktivliyi ətrafında kofrontasiyanı dayandırmağın real yoludur”.

Ordu.az “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Boris Conson bəyan edib.

“İranın nüvə razılaşması iranlıları nüvə silahını hazırlamaq prosesini dayandırmaq üçün lazımdır, əks təqdridə bu, digər ölkələrin dəhşətli zərbələrlə üzləşməsi ilə nəticələnə bilər. İranla nüvə sazişi bu prosesi dayandırmağın yeganə üsuludur”, - deyə Conson bildirib.

Consonun sözlərinə görə, İran hazırda əldə olunan razılaşmalara riayət edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya-İran   Conson  


Bizi "telegram"da izləyin