Rusiya XİN Əfqanıstandakı terror hadisələri seriyasını pisləyib

2018/01/34534534y58345_1517317943.jpg
Oxunub: 3452     21:11     30 Yanvar 2018    
Əfqanıstanda baş verən terror hadisələri ölkədə vəziyyətin tənzimlənməsinin qarşısını alır və öz növbəsində milli dialoqu qəlizləşdirir.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda bildirilir.

“Qətiyyətlə insanlıqdan kənar bu terror hadisələrini mühakimə edirik. Hesab edirik ki, bu hadisələrin təşkilatçıları aşkarlanacaq və törətdikləri əməllərə görə layiq olduqları cəzanı çəkəcəklər. Həlak olanların qohumları və yaxınlarına başsağlığı verir, xəsarət alanlara yaxın zamanda sağalmaq arzulayırıq”, - deyə məlumatda qeyd olunur.

Həmçinin Əfqanıstanda törədilən terror hadisələrinin ölkədə sülh və təhlükəsizliyin bərqərar olmasına əsas maneə mənbəyi olduqları qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Rusiya-XİN  


Bizi "telegram"da izləyin