Ordu.az “Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə Yəmən ordusunun nümayəndəsi məlumat yayıb.
“Separatçılar sarayı mühasirəyə alıb və hazırda əsas qapıya nəzarət edirlər. İçəridəkilər qeyri-rəsmi olaraq ev həbsində saxlanılır”, - deyə yüksək rütbəli zabit bildirib.
Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə separatçılarla hökumət qüvvələri arasında artan gərginliyi nəticəsində Ədəndə son 3 gündə 36 nəfər həlak olub.
Ağalar Ağalarlı
Ordu.az