Dövlət Departamenti: Rusiya HSK-yə qarşı yeni sanksiyalara zərurət yoxdur

2018/01/7894578956347895_1517305457.jpg
Oxunub: 2017     17:43     30 Yanvar 2018    
“Hazırda Rusiya Hərbi Sənaye Kompleksinə münasibətdə yeni sanksiyaların daxil olunmasıda zərurət yoxdur”.

Ordu.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauret bəyan edib.

Onun sözlərinə görə, 2017-ci ildə qəbul olunan sanksiyalar paketi çəkindirici effekt yaratdı və bir sıra ölkələr Rusiya Hərbi Sənaye Kompleksinin istehsalı olan silahları almaqdan imtina etməklə Moskvanı milyardlarla dollar gəlirdən məhrum etdilər.

“Bu baxımdan qanun işləyir, ayrı-ayrı şirkətlər və onların nümayəndələrinə qarşı sanksiyaların tətbiqinə lüzum yoxdur”, - deyə Nauret vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Rusiya   Sanksiyalar  


Bizi "telegram"da izləyin