Senatorlardan Trampa açıq məktub: Bizi nüvə müharibəsinə aparırsınız

2018/01/2347856347895_1517302392.jpg
Oxunub: 1508     17:17     30 Yanvar 2018    
16 ABŞ senatoru Trampa yazdıqları məktubda, administrasiyanın Pentaqonun sızdırılmış sənədlərində göstərilən siyasətinin nüvə müharibəsinə apardığını qeyd edib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, senatorlar məktubda ABŞ nüvə imkanlarının inkişaf etdirilməsi üçün 1.7 trilyon dollar ayrılmasının ənənəvi qüvvələrin inkişafı və saxlanmasına mənfi təsir edəcək.

“Nüvə arsenalımızın tək məqsədi ABŞ-a, müttəfiqlərimizə və partnyorlarımıza qarşı nüvə hücumundan çəkindirmək olmalıdır. Lakin Nüvə Vəziyyəti İcmalında göstərilən siyasət nüvə silahlanması yarışını və nüvə müharibəsi ehtimallarını artırır”, - deyə məktubda qeyd olunub.

Həmçinin onlar Trampı 1968-ci ilə nüvəsizləşdirmə müqaviləsinin şərtlərini pozmaqda ittiham ediblər. Həmin müqavilə isə nüvə silahlarının azaldılması üçün səy göstərməyi tələb edir.

Məktub 16 senator tərəfindən imzalanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Senat   Nüvə-müharibəsi  


Bizi "telegram"da izləyin