Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli səsləndirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İran saazişi ilə bağlı məsələlərdə mövqeyinin dəyişməsi üçün beynəlxalq ictimaiyyətin ciddi səylər göstərməsi zəruridir.
Heyli qeyd edib ki, son dövrlərdə İranın atdığı addımlarla əlaqədar olaraq Tehranla imzalanan razılaşma təhlükə altındadır.
Xüsusilə Fransanın son günlərdə İrana qarşı mövqe ortaya qoymasına toxunan Heyli beynəlxalq ictimaiyyəti eyni addımı izləməyə dəvət edib.
Ağalar Ağalarlı
Ordu.az