Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Qətər Müdafiə Naziri Xalid ibn Məhəmməd səsləndirib.
Qətər istənilən halda ABŞ Aviasiya Qüvvələri Mərkəzi Komandanlığına ev sahibliyi edir, lakin ölkənin “Əl-Udeid” hərbi bazası əlavə hərbi personalı qəbul etmək üçün genişləndirilir.
Hal-hazırda “Əl-Udeid” bazasında ABŞ Silahlı Qüvvələrinin 11 min personalı işləyir. Bu personal Yaxın Şərqdəki ABŞ aviasiya gücünə əhəmiyyətli töhfə verir.
Xalid ibn Məhəmmədin sözlərinə görə bunu daimi etmək üçün “Əl-Udeid”i genişləndirməklə bağlı böyük planı var.
“Biz 2040-cı il üçün Birləşmiş Ştatlarla bütün aspektlər üzrə (Aviasiya, quru və dəniz qüvvələri) hərbi əməkdaşlıq etməyi planlaşdırırıq”, - deyə nazir qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az